Tacikistan Respublikasının prezidenti Zati-Aliləri cənab Emoməli Rəhmonova - 5 sentyabr 2000-сi il


Hörmətli cənab prezident!

Tacikistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost tacik xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Tacikistan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.

Biz Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.

İnanıram ki, qarşılıqlı səylər sayəsində əlaqələrimiz inkişaf edəcək, xalqımızın rifahının yüksəlməsinə, regionda sülh və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 9 sentyabr 2000-ci il.