İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Paskal kuşpenə - Bakı şəhəri, 25 iyul 2003-cü il


Hörmətli cənab prezident!

İsveçrə Konfederasiyasının milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq davam etdiriləcək və daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 25 iyul 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa