Niger Respublikasının Prezidenti zati-aliləri cənab Mamadu Tancaya - Bakı şəhəri, 18 dekabr 2000-ci il


Hörmətli cənab prezident!

Niger Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Niger xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Niger Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 dekabr 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış