Hörmətli cənab baş nazir!
Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Hindistan xalqını təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Hindistan əlaqələrinin hərtərəfli inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 26 yanvar 2002-ci il.