Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qırğızıstan Respublikasının Prezidenti zati-aliləri cənab Əskər Akayevə məktubu - Bakı şəhəri, 16 yanvar 2003-cü il


Hörmətli Əskər Akayeviç!

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müstəqillik əldə etdikdən sonra xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün geniş imkanlar açılmışdır.

Bu gün ölkələrimizin ikitərəfli qaydada, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı, qarşılıqlı dəstəyi böyük məmnunluq doğurur.

Əminəm ki, əlaqələrimizi bütün sahələrdə genişləndirmək üçün göstərdiyimiz qarşılıqlı səylər bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə, regionda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 17 yanvar 2003-cü il.