Kuba Respublikasının Dövlət Şurasının sədri zati-aliləri cənab Fidel Kastroya - Bakı şəhəri, 1 yanvar 2000-ci il


Zati-aliləri!

Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə sizi və dost Kuba xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə genişlənib möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edib sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT