Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə təbriki - Bakı şəhəri, 20 oktyabr 2000-ci il


Hörmətli cənab Prezident!

Qazaxıstan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və qardaş qazax xalqını ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və səadət, Qazaxıstanın xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Azərbaycanda biz ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq, hərtərəfli əməkdaşlıq və qarşılıqlı yardım münasibətlərinə böyük əhəmiyyət veririk və onların daha da inkişaf etməsi üçün hər cür səy göstəririk.

Əminəm ki, Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə genişlənəcək və dərinləşəcəkdir.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti