Avropa Şurasının baş katibi Valter Şvimmerə - Bakı şəhəri, 12 iyun 2002-ci il


Hörmətli cənab baş katib!

60 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Demokratik, humanist cəmiyyət quruculuğu yolunu tutmuş Azərbaycan Avropa Şurası ilə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir.

Ümidvaram ki, başçılıq etdiyiniz bu nüfuzlu beynəlxalq təşkilat ilə əlaqələrimizn genişlənməsinə və səmərəli əməkdaşlığımıza bundan sonra da dəstək verəcəksiniz.

Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 14 iyun 2002-ci il.