Venesuela Respublikasının Prezidenti zati-aliləri cənab Uqo Çavesə - Bakı şəhəri, 29 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Venesuela Respublikasınınmilli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr daim genişlənərək hərtərəfli və səmərəli əməkdaşlığa çevriləcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Venesuela xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 iyul 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış

XARİCİ SİYASƏT