Estoniya Respublikasının Prezidenti Zati-Aliləri cənab Lennart Meriyə - 23 fevral 2000-ci il


Hörmətli cənab prezident!

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost eston xalqını ürəkdən salamlayıram və təbrik edirəm.

Mən ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında əlaqələr bundan sonra da genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, ölkələrimizin tərəqqisinə xidmət edəcəkdir.

Cənab prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, səadət və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 26 fevral  2000-ci il