Fransa Respublikasının Prezidenti əlahəzrət Fransua Mitteran cənablarına - Bakı şəhəri, 13 iyul 1993-cü il


Hörmətli cənab prezident!

Milli bayramınız olan Bastiliyanın alınması günü münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə və bütün fransız xalqına səadət və tərəqqi arzulayıram.

Demokratik cəmiyyət, bazar iqtisadiyyatı yaratmaq yolunu seçmiş Azərbaycan xalqı öz suveren dövlətini qurur və bütün dünyada demokratiyanın və azadlığın əsl dayağı və mücəssəməsi olan Sizin böyük ölkənizə böyük ümidlə baxır.

Fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Azərbaycan və Fransa arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha yaxşı inkişaf etməsi üçün öz tərəfimdən hər şeyi edəcəyəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən,
Azərbaycan Respublikası Ali Sovetinin sədri.


"Azərbaycan" qəzeti, 14 iyul 1993-cü il.