Türkiyənin daxili işlər naziri Murad Başəsgioğlu ilə görüşdə söhbətindən - Nyu-York, 28 iyul 1997-ci il


Hörmətli cənab Başəsgioğlu!

Dost və qardaş ölkənin Daxili İşlər Naziri olan Sizi Amerika torpağında salamladığıma çox şadam. Mənim ABŞ-a ilk rəsmi səfərimə Türkiyədə də böyük əhəmiyyət verildiyi barədə məlumatınızdan məmnunluq duydum. Təbiidir ki, mən də dünyanın ən qüdrətli dövləti olan ABŞ-a ilk rəsmi səfərimə çox böyük əhəmiyyət verirəm və bu səfərin Amerika-Azərbaycan ölkələrinin daha da sıxlaşdırılmasında mühüm rol oynayacağına əminəm.

Xahiş edirəm ki, səmimi salamlarına görə mənim minnətdarlığımı, xoş arzularımı, hörmət və ehtiramımı cənab Dəmirələ və cənab Yılmaza çatdırasınız. Nəzərinizə çatdırıram ki, Türkiyəyə rəsmi səfərimi məmnunluqla xatırlayıram.

Sizi Azərbaycana səfərə dəvət edirəm.