Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam C.Klintona - Bakı şəhəri, 3 noyabr 1999-cu il


Hörmətli cənab prezident!

Massaçusets ştatı yaxınlığında Misir təyyarəsinin qəzaya uğraması nəticəsində Amerika vətəndaşlarının həlak olması xəbərindən çox kədərləndim.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.