Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamnei həzrətlərinə məktubu - Bakı şəhəri, 7 fevral 2003-cü il


Möhtərəm qardaşım!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə siz və bütün İran xalqını təbrik edirəm. Əminəm ki, xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələri bugünkü və gələcək nəsillər tərəfindən də qorunub saxlanılacaq və inkişaf etdiriləcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 11 fevral 2003-cü il.