Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kuba Respublikasının prezidenti zati-aliləri cənab Fidel Kastro Rusa məktubu - 7 mart 2003-cü il


Hörmətli cənab prezident!

Kuba Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 mart 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış

XARİCİ SİYASƏT