Valentina Tereşkova (1937), Ilk qaıdın kosmonavt, RF XİN yanında Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin rəhbəri (2002-2004)


Bu böyük və təkrarolunmaz insanla şəxsən tanış idim.  Heydər Əliyevin xatirəsini anmağa və bu acı, ağır itki ilə əlagədar bütün Azərbaycan xalqına, onun doğmalarına və yaxınlarına başsağlığı verməyə gəlməyə bilməzdim. Mən, Əliyeviçi həqiqətən, çox yaxşı tanıyırdım və onun vəfatı  mənim üçün də yaxın və doğma adamın itkisidir. O, böyük dövlət xadimi və öz xalqının, sözün əsl mənasında, şanlı  oğlu idi ona görə də biz Azərbaycan xalqı ilə birgə kədərlənirik.

Ölkəmizin inkişafına, Rusiya və Azərbaycan xalqları  arasında dostluğun möhkəmlənməsinə böyük töhfə vermiş  istedadlı siyasətçi, böyük dövlət xadimi, gözəl insan Heydər Əliyevin nurlu xatirəsi Rusiya xalqının qəlbində yaşayacaqdır.

  “Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.179