Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Daniloviç Kuçmaya - Bakı şəhəri, 18 avqust 1998-ci il


Hörmətli Leonid Daniloviç!

Luqanskda kömür şaxtasında metan partlayışı nəticəsində çoxlu adamın həlak olması xəbəri qəlbimizi ağrıtdı.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.