Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Ülyahəzrət II Yelizavetaya məktubu - Bakı şəhəri, 11 iyun 2003-cü il


Ülyahəzrət!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. əminəm ki, qarşılıqlı əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 18 iyun 2003-cü il.