Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya hökumətinin baş naziri Romano Prodi ilə görüşdə söhbətindən - Roma, "Giçi" sarayı, 25 sentyabr 1997-ci il


Hörmətli cənab Prodi!

İlk əvvəl xoş sözlərə görə Sizə təşəkkür edirəm. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi İtaliyaya ilk rəsmi səfərimdən məmnun qaldığımı vurğulayır və dəvətə görə minnətdarlığımı ifadə edirəm. Sizin Azərbaycan-İtaliya əməkdaşlığının durmadan inkişafı barədə söylədiyiniz fikirlərə görə razılığımı bildirirəm və vurğulayıram ki, Azərbaycan Respublikası da bu mövqedən çıxış edir.

Qeyd edim ki, dövlətlərimiz arasında münasibətlərin daha da genişləndirilməsi vacibdir və Azərbaycan - İtaliya əlaqələrinin möhkəmləndirilməsi üçün hər iki ölkədə geniş imkanlar vardır. Azərbaycan öz cografi mövqeyinə görə bölgədə mühüm yer tutur. Biz İtaliya ilə siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və mədəni sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Nəzərə çatdırım ki, Avropanın bir hissəsi olan Azərbaycan Avropa ilə Asiya arasında əlaqələrin daha da sıxlaşdırılmasında körpü rolu oynayır. Respublikamız həm İtaliya ilə, həm də dünyanın bütün digər ölkələri ilə yaxın əməkdaşlıq qurmağa böyük maraq göstərir və bu sahədə artıq ciddi addım atılmışdır. Xatırladım ki, NATO-nun və Avropa Atlantika Əməkdaşlığı Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bu ilin iyul ayında Madriddə keçirilmiş Zirvə görüşündə

Azərbaycan Respublikası NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuşdur, beynəlxalq təşkilatlarda ölkəmizin İtaliya ilə əməkdaşlığından razı qaldığımı bildirirəm. Lissabonda cənab Prodi ilə keçirdiyim görüşü, apardığım danışıqları məmnunluqla xatırlayıram.

Xəzərin Azərbaycan sektorundakı yanacaq yataqlarının birgə işlənməsi üçün dünyanın bir çox ölkələrinin nüfuzlu şirkətləri ilə respublikamız arasında tarixi müqavilələr bağlanmışdır. Mən l995-ci ildə "Qarabağ" yatağı üzrə imzalanmış müqavilədə İtaliyanın "Acip" Şirkətinin yaxından iştirak etməsini müsbət qiymətləndirirəm. Nəzərə çatdırım ki, "Acip" Şirkəti ilə ARDNŞ arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə bu gün imzalanmış sənəd ölkələrimizin münasibətlərinin daha da yaxşılaşdırılmasında böyük əhəmiyyət daşıyır. Onu da deyim ki, dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri də bu yatağa xüsusi maraq göstərirdilər, lakin biz İtaliya şirkətinə üstünlük verdik.

Mənim bu il iyulun 27-dən avqustun 7-dək Azərbaycan prezidenti kimi ABŞ-a ilk rəsmi səfərim zamanı Amerikanın "Şevron", "Eksson", "Mobil" və "AMOKO" şirkətləri ilə ARDNŞ arasında imzalanmış sənədlərin də Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlədilməsində mühüm əhəmiyyəti olacaqdır.

Xatırladım ki, Xəzərdəki çox zəngin yataqlar hələ 50 il bundan əvvəl respublikamzın neftçiləri və geoloqları tərəfindən aşkar edılmışdır. Bu regionda Azərbaycanın mühüm yer tutduğu xüsusi nəzərə çatdırılmalıdır. Hazırda Azərbaycan sektorundakı ehtiyatların birgə istismarı üçün imzalanmış müqavilələrin həyata keçirilməsi sahəsində böyük işlər görülür. Eyni zamanda hasil olunacaq nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutları qəti müəyyən olunmalıdır. Bu kəmərlər həm Azərbaycan neftinin, həm də Qazaxıstanın "Tengiz" yatağından çıxarılacaq neftin ixracında mühüm rol oynayacaqdır. Avrasiya nəqliyyat dəhlizinın bu sahədə xüsusi əhəmiyyət daşıdıgını vurğulayaraq bu nəqliyyat dəhlizinın uğurla işləməsində Azərbaycanın mühüm rol oynadığını bilirəm. Xatırladım ki, həmin nəqliyyat dəhlizindən İtaliyanın da istifadə etməsi faydalı olardı və biz bu sahədə də yaxşı əməkdaşlıq edə bilərdik.

Müstəqil Azərbaycan Respublikasının qarşılaşdığı problemlərdən bəhs edərkən, ilk növbədə Ermənistanın Azərbaycana 1988-ci ildən bəri davam edən təcavüzündən danışmaq lazımdır. Bu təcavüz nəticəsində respublikamzın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan çox vətəndaşımız öz doğma yurdlarından zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşayırlar. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək kimi çirkin bir niyyətə xidmət edən bu təcavüz bir sıra ölkələrin köməyi ilə respublikamıza ağır zərbələr vurduğunu xatırladaraq bildirirəm ki, biz bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün imkanlardan istifadə etməyə ciddi səy göstəririk. Münaqişənin tezliklə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində aparılan danışıqların, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ötən ilin dekabrında Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə qəbul olunmuş əsas prinsiplərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Xatırladım ki, 53 dövlətin imzaladığı bu prinsiplərə təkcə Ermənistan etiraz etmişdir. Hazırda Minsk konfransına dünyanın üç böyük dövləti - ABŞ, Rusiya, Fransa həmsədrlik edirlər və bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizama salinacağına olan ümidləri artırmışdır. Bu baxımdan həmsədrlərin irəli sürdükləri yeni təkliflər maraqlıdır və Azərbaycan həmin təkliflərlə razılaşmışdır. Nəzərə çatdırım ki, Minsk qrupuna 1992-1993-cü illərdə İtaliya sədrlik etmişdir və mənim cənab Rafaelli ilə keçirdiyim görüşlər yaxşı xatirimdədir.

Cənab Prodi, mən Sizi Azərbaycana səfərə dəvət edirəm.