"Azərbaycana Respublikasının Prezidenti Heydər Əliyevin Yeni il münasibətilə Bakı şəhərindəki uşaq evlərində və internat məktəblərdə tərbiyə alan uşaqlarla görüşdə çıxışı (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 31 dekabr 1995-ci il )" sənədinə tarixi arayış


Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan respublikasının konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların müdafiəsini təmin etmək üçün Heydər Əliyevin sərəncamı ilə 1999-cu il iyun ayının 22-də “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqmda” Azərbaycan respublikasının Qanunu qəbul edilib.

2000-ci il 6-8 sentyabr tarixlərində Bmt-nin Nyu-Yorkda keçirilmiş minilliyin sammitində isə Heydər Əliyev bu konvensiyanın “Uşaqların silahlı münaqişəyə cəlb olunması” və “Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası” üzrə Fakültativ Protokollarını imzalayıb. Ölkədə uşaqların müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.61