Hörmətli cənab sədr!
Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və dost Koreya xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasındakı dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.