Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Jak Roqqa - Bakı şəhəri, 2 may 2002-ci il


Hörmətli cənab Jak Roqq!

Sizi - Olimpiya Hərəkatının görkəmli nümayəndəsini bütün Azərbaycan xalqı adından 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Ümidvaram ki, Sizin rəhbərliyiniz altında Beynəlxalq Olimpiya Komitəsi xalqlar arasında dostluğun, dünyada sülhün və əmin-amanlığın möhkəmləndirilməsinə xidmət edən olimpiya ideallarının bərqərar olması, genc neslin bu nəcib amallara sədaqət ruhunda tərbiyə edilməsi və yüksək idman nailiyyətlərinin əldə olunması yolunda yeni-yeni uğurlar qazanacaq.

Sizə bu nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 may 2002-ci il.