Görkəmli alim və ictimai xadim İhsan Doğramacıya - Bakı şəhəri, 14 yanvar 1999-cu il


Əziz dostum və qardaşım!

Sizi Avropa Birliyi və Avropa Şurasının müştərək təsis etdikləri "Xeyirxahlıq" mükafatı ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Bu mükafat sizin humanizm idealları naminə çoxşaxəli fəaliyyətinizə verilmiş yüksək və layiqli qiymətdir.

Sizə möhkəm can sağlığı və fədakar işinizdə yeni-yeni uğurlar arzulayıram!

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.