Hörmətli cənab Kansler!
Başçılıq etdiyiniz partiyanın parlament seçkilərində qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu qələbə xalqınızın Sizə inam və etimadının bariz nümunəsidir. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti