Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 28 avqust 2001-ci il


Hörmətli İslam Əbdüqəniyeviç!

Milli bayram - Özbəkistanın müstəqilliyinin elan olunması gününün 10 illiyi münasibətilə Sizi və dost Özbəkistan xalqını ürəkdən təbrik edirəm.

Suveren, demokratik, hüquqi dövlətin qurulmasında və möhkəmlənməsində, dünya birliyinə ardıcıl inteqrasiyada qardaş Özbəkistanın qazandığı uğurlara səmimi qəlbdən şadam. Əminəm ki, Azərbaycan ilə Özbəkistanın strateji tərəfdaşlığı, transmilli layihələrdə, beynəlxalq və regional təşkilatlarda sıx əməkdaşlığı bölgədə sülh və sabitlik naminə, ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm can-sağlığı, xoşbəxtlik, dövlət fəaliyyətinizdə uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 sentyabr 2001-ci il.