Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə təbriki - Bakı şəhəri, 8 fevral 2001-ci il


Hörmətli cənab Prezident!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün dost İran xalqını səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycan ilə İran arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, xalqlarımızın dərin tarixi kökləri olan dini, mənəvi, mədəni, iqtisadi əlaqələri ölkələrimizin mənafeyi, regionumuzda sülhün və təhlükəsizliyin mökəmləndirilməsi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, qardaş İran xalqına əmin-amanlıq, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya