İordaniya Haşimilər Məmləkətinin məliki Əlahəzrət II Abdullaya - Bakı şəhəri, 17 may 2002-ci il


Əlahəzrət!

İordaniya Haşimilər Məmləkətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün İordaniya xalqını təbrik edirəm.

Azərbaycan ilə İordaniya arasındakı dostluq münasibətlərindən böyük məmnunluq duyuram. Əminəm ki, qarşılıqlı səylərimiz sayəsində əlaqələrimizi daha da genişləndirəcək, hər cəhətdən faydalı əməkdaşlığa nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 may 2002-ci il.