Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Kim de Çjuna - Bakı şəhəri, 12 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Koreya Respublikasının milli bayramı - Koreyanın azad olunması günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında əməkdaşlığın gündən-günə genişlənməsindən məmnunluq duyuram. Ümidvaram ki, birgə səylərlə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr yarada biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 avqust 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya