Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Monqolustanın Prezidenti zati-aliləri cənab Natsagiyn Baqabandiyə təbriki - Bakı şəhəri, 9 iyul 2001-ci il


Hörmətli cənab Prezident!

Monqolustanın milli bayramı - Xalq İnqilabı günü münasibətilə Sizi və dost Monqolustan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya