Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab İohanes Rauya - 24 may 1999-cu il


Hörmətli İohanes Rau, Sizi Almaniya Federativ Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı mövcud əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə dönmədən inkişaf edəcəkdir.

Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.