Laos Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Hamtay Siphandoneyə - Bakı şəhəri, 1 dekabr 1999-cu il


Hörmətli cənab prezident!

Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Laos xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edərək xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Cənab prezident, fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, ölkənizin xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya