Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - 22 iyun 1993-cü il


Hörmətli cənab Prezident, əziz Süleyman bəy!

Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməyim münasibətilə səmimi təbriklərinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizi, Azərbaycan xalqının böyük dostunu əmin etmək istəyirəm ki, ərazi bütövlüyümüzü və xalqımızın əmin-amanlığını təmin etmək, ölkəmizdə demokratiyanın, qanunçuluğu və insan hüquqlarının bərqərar olması üçün qüvvəmi əsirgəməyəcəyəm.

Ümidvaram ki, xalqlarımızın və parlamentlərimizin münasibətləri ən yüksək səviyyədə olacaq, bizim dostluğumuz və qardaşlığımız, Azərbaycan və türk xalqlarının qarşılıqlı sevgisi əbədi olaraq inkişaf edəcəkdir.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.