Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə təbriki - Bakı şəhəri, 15 dekabr 2001-ci il


Hörmətli Nursultan Abişeviç!

Milli bayramınız - Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin 10 illiyi münasibətilə Sizi və qardaş Qazaxıstan xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, ötən on ildə Qazaxıstan Dünya Birliyinə dinamik surətədə inteqrasiya edərək müstəqil, suveren dövlət qurulmasında, demokratik dəyişikliklərin həyata keçirilməsində böyük uğurlar qazanmışdır. İnanıram ki, ölkələrimiz, dövlətlərimiz araslndakl ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Nursultan Abişeviç Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Qazaxıstan xalqına sölh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.