Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Ülyahəzrət II Elizabetə - Bakı şəhəri, 12 iyun 2002-ci il


Ülyahəzrət!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin zəngin tarixi var. Məmnunam ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün özünün geniş miqyasda inkişafı ilə xalqlarımızın mənafeyinə xidmət edir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 14 iyun 2002-ci il.