Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Voroninə - Bakı şəhəri, 15 may 2002-ci il


Hörmətli Vladimir Nikolayeviç!

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi münasibətilə Sizi təbrik edirəm.

Şadam ki, Azərbaycan və Moldova arasında bir-birinə hörmət, etimad və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ötən dövr ərzində strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.

Beynəlxalq və regional təşkilatlarda mövqe və məqsədlərimizin yaxınlığı, qarşılıqlı fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz, transmilli layihələrin həyata keçirilməsi sahəsində birgə səylərimiz ölkələrimizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, iqtisadi inkişafına xidmət edir.

Azərbaycan Moldova ilə çoxsəpkili və qarşılıqlı surətdə faydalı əməkdaşlığı – ölkələrimizin xalqlarının ümdə mənafelərinə, regionda təhlükəsizliyin, sabitliyin və tərəqqinin təmin olunması vəzifələrinə cavab verən əməkdaşlığı bundan sonra da hər vasitə ilə inkişaf etdirmək əzmindədir.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar, Moldova xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti