Fransa Respublikasının Prezidenti zati-aliləri Fransua Mitteran cənablarına - 14 iyul 1994-cü il


Zati-aliləri!

Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə sizi və bütün dost fransız xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Sizi əmin edirəm ki, Azərbaycan Respublikası regiondakı bütün münaqişələrin, həmçinin Qarabağ münaqişəsinin ATƏM çərçivəsində nə sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və bundan sonra da iqtisadi islahatlar və demokratiya yolu ilə addımlayacaqdır.

Əminəm ki, Parisdə aparılan danışıqlar xalqlarımız arasında mövcud olan əlaqələri daha da möhkəmləndirilib inkişaf etdirilməsinə təkan verdi.

Fürsətdən istifadə edib Sizə bir daha öz dərin ehtiramımı izhar edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.