"Yenikənd su elektrik stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi (23 may 2000-ci il)" sənədinə tarixi arayış


Yenikənd SES -in tikilməsi ilə bağlı qərar Heydər Əliyev tərəfindən hələ 1979-cu ildə qəbul edilib və SES -in tikintisinə 1984-cu ildə başlanıb. 1988-1992-ci illərdə stansiyanın tikintisi tamamilə dayandırılıb.

Mustəqillik dovrundə Azərbaycan iqtisadiyyatında ilk boyuk investisiya məhz elektrik enerjisi sahəsinə - Yenikənd SES -in tikintisinə yonəldilib. Beləliklə də, stansiyanın tikintisi 1996-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı sərmayə hesabına bərpa olunub. Ustundən 4 ilə yaxın bir dovr kecdikdən sonra - 2000-ci ilin may ayının 23-də Heydər Əliyevin iştirakı ilə stansiya işə salınıb. O zaman hər birinin gucu 37,5 MVt olan 3 hidroaqreqat istismara verilib. 2003-cu ildə dorduncu hidroaqreqat işə qoşulmaqla muəssisənin gucu 150 MVt-yə catdırılıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.168