Kanadanın baş naziri Zati-Aliləri cənab Jan Kretyenə - Bakı şəhəri, 29 iyun 2000-ci il


Hörmətli cənab baş nazir!

Kanadanın milli bayramı – Kanada günü münasibətilə Sizə və dost Kanada xalqına səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kanada arasındakı dostluq və əməkdaşlıq xalqlarımızın qarşılıqlı mənafeyi və rifahı naminə daha da genişlənəcək və inkişaf edəcəkdir.

Cənab baş nazir, Sizə işlərinizdə uğurlar diləyir, Kanada xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan " qəzeti, 1 iyul  2000-ci il

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT