Tanzaniya Birləşmiş Respublikasının Prezidenti zati-aliləri cənab Bencamin Villiam Mkapaya - Bakı şəhəri, 24 aprel 2000-ci il


Hörmətli cənab prezident!

Tanzaniya Birləşmiş Respublikasının milli bayramı - İttifaq günü münasibətilə sizi və dost Tanzaniya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edərək xalqlarımızın rifahının yaxşılaşmasına, ölkələrimizin yüksəlişinə xidmət edəcəkdir.

Cənab prezident, sizə cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış