Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının prezidenti zati-aliləri Seyid Məhəmməd Xatəmiyə məktubu - Bakı şəhəri, 7 fevral 2003-cü il


Hörmətli cənab prezident!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə sizi və xalqınızı təbrik edirəm.

Ölkələrimizin qonşuluğu xalqlarımızın dostluğu və əməkdaşlığı üçün geniş imkanlar açmışdır. Əminəm ki, bu imkanlardan tam istifadə etmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 11 fevral 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Asiya