Albaniya Respublikasının Prezidenti zati-aliləri cənab Alfred Molsiuya - Bakı şəhəri, 5 iyul 2002-ci il


Hörmətli cənab prezident!

Albaniya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 6 iyul 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa