Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tanzaniya Birləimiş Respublikasının Prezidenti zati-aliləri cənab Bencamin Uilyam Mkapaya təbriki - Bakı şəhəri, 24 aprel 2001-ci il


Hörmətli cənab Prezident!

Tanzaniya Birləşmiş Respublikasının milli bayramı - İttifaq günü münasibətilə Sizi və dost Tanzaniya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan münasibətlər daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış