Yuqoslaviya İttifaq Respublikasının prezidenti Zati-aliləri cənab Voislav Koştunitsaya – Bakı şəhəri, 9 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Yuqoslaviya İttifaq Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Yuqoslaviya arasında təşəkkül tapan dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yuqoslaviya xalqına sülh, əmin-amanlıq, firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 10 oktyabr 2000-ci il

Tarixi arayış