Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Voroninə təbriki - 8 aprel 2001-ci il


Hörmətli cənab Prezident!

Moldova Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri xalqımızın mənafeyi, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti