Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Makedoniya Respublikasının Prezidenti zati-aliləri cənab Boris Traykovskiyə təbriki - Bakı şəhəri, 2 avqust 2000-ci il


Hörmətli cənab Prezident!

Makedoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və ölkənizin dost xalqını salamlayır və ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, Makedoniyanın bütün vətəndaşlarına sülh, firavanlıq və əmin-amanlıq arzulayıram.

Əminəm ki, müstəqilliyini getdikcə möhkəmləndirən ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın tərəqqisinə və rifahına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış