Azərbaycan Prezidenti Heydər Əliyevin MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Yuri Yarovu qəbul edərkən söhbətindən - 24 aprel 2001-ci il


Heydәr Әliyev: Şadam ki, gәlmisiniz. Hiss olunur ki, siz MDB-nin İcraiyyә Komitəsinә başçılıq edәndәn o, çox fəal işlәyir vә müntәzәm olaraq, müxtәlif tәdbirlәr keçirir. Dövlət başçılarının da görüşlәri müntəzәm xarakter almışdır. Mәn hələ onu demirәm ki, digәr sәviyyәlərdә olduqca çox görüşlәr keçirilir. Bir sözlә, mәn bunu alqışlayıram.

Yuri Yarov: Heydәr Әliyeviç, sağ olun. Demək lazımdır ki, bütün bunlar Sizin dəstәyiniz sayәsindәdir. Dövlәt başçılarının axırıncı iclasında söylənilmiş sözlәr yadımdadır. Odur ki, bunu nәzakәt xatirinә demirəm. Bu dәstәyinizә görә әslindә Sizə minnәtdaram, tәşәkkür edirəm. Çünki Siz bizi dәstәklәyәndә nəticә dә olur. Heydәr Әliyeviç, dövlәt daxili prosedurlarla bağlı məsәlәlәrdә bizi dәstәklәdiyinizә görә indi, әslindә, elә bir gün olmur ki, ayrı-ayrı dövlәtlәrdә, ayrı- ayrı işlәrdә irəlilәmәmiş olaq. İndi bir cәdvәl tәqdim edәcәyik. Burada biz Sizә aydın şәkildә göstərәcәyik ki, artıq bu il təkcə dövlətdaxili strukturlarda deyil hətta ratifikasiya tələb olunan cox mühüm işlərdən danışsaq, onda başlıca iqtisadi mәsәlә azad ticarәt zonası mәsәlәsi barәdә danışmaq olar. 2000-ci ildә birlik ölkәlәrindә әmtәә dövriyyәsinin ötәn ildәkinә nisbәtәn artım 33 faiz olmuşdur. Demәk lazımdır ki, dövlәtdaxili prosedur tәlәb edilәn sәnәdlәrin 82 faizi üzrә prosedur Sizin dәstәyiniz vә digәr prezidentlәrin dәstәyi sayәsindә başa çatmış, tamamlanmışdır. Belәliklә, qalan sәnәdlәr üzrә dövlәtdaxili proseduru tam hәcmdә yerinә yetirmәyә vә bu blokda nәzәrdә tutulanların hamısını başa çatdırmağa qadir olduğumuz barәdә birliyin 10 illiyinәdәk mәlumat verә bilmәyimiz üçün o qәdәr dә iş qalmır. Onda biz əmtәә dövriyyәsinin 33 faiz deyil, xeyli çox artdığını görәcәyik.

Heydәr Әliyev: Yәqin ki, belәdir. Ancaq burada bizimlә bağlı problemlәr yoxdur. Siz özünüz bilirsiniz ki, biz buna artıq çoxdan razılıq vermişik. Hesab edirәm ki, bu problemlәr hәll olunacaqdır.

Yuri Yarov: İlk öncә mәlumat vermәk istәrdim ki, bütün dövlәt başçıları iyunun 1-dә Minskdә dövlәt başçılarının iclasının keçirilmәsinә öz razılığını tәsdiqlәmişlәr. Onun formatı hәmişәki kimidir, iclas saat 12-dә başlanacaq, saat yarımlıq - iki saatlıq qapalı iclasınız olacaqdır.

Sonra açıq iclasın gündәliyinә keçəcәksiniz. İclasınızdan әvvәl, mayın 31-dә Minskdә saat 11-dә Xarici İşlәr Nazirlәri Şurasının iclası başlanacaqdır. Onlar öz gündәliyi ilә yanaşı, Sizin gündәliyinizi vә Hökumәt Başçıları Şurasinın gündәliyini dә nәzәrdәn keçirәcәk vә razılaşdıracaqlar. Mayın 31-dә günortadan sonra isә hökumət Başçıları Şurasının iclası olacaqdır. Onlar da öz mәsәlәləri blokunu nәzәrdәn keçirәcәklәr. Dövlәt Başçıları Şurasının iclasına 10 mәsәlә çıxarılır vә daha bir mühüm mәsәlә dә ola bilәr. Siz bilirsiniz ki, Abxaziyadakı Gürcüstandakı sülhyaratma qүvvәlərinin mandatı iyunun 30-da bitir. Sabah biz Eduard Amvrosiyeviçin qәbulunda olacağıq, әgәr Gürcüstan bu mәsәlәni gündәliyә çıxarsa, onda tәbii olaraq Siz, dövlәt başçıları mandat verilmәsi mәsәlәsni hәll edәcәksiniz. Ümumiyyәtlә isә Sizin 10 mәsәlәniz, hökumәt başçılarının vә xarici işlәr nazirlәrinin hәrәsinin 23 mәsәlәsi vardır.

Tәşkilat sәpkili mәsәlәlәr bloku haqqında. Әgәr Dövlәt Başçıları Şurasının iclası iyunun 1 -dә keçirilsә, biz tәklif edirik ki, əgər razılaşsanız - növbәti iclas noyabrın 30-da, cümә günü Moskvada olsun. Çünki Sizinlә birlikdә hazırladığımız vә nazirlәrin baxdıları üçillik planda oktyabr, Moskva göstәrilmişdir. Ona görә dә biz iclasın noyabrın axırında Moskvada keçirilmәsini tәklif edəcәyik. Müvafiq olaraq, bir gün əvvəl, ayın 29-da Hökumәt Başçıları Şurasının, Xarici İşlәr Nazirlәri Şurasının iclasları olacaqdır. Lakin Sizin qәrarınız Dövlәt Başçıları Şurasının iki iclası, Xariçi İşlәr Nazirlәri Şurasının vә Hökumәt Başçıları Şurasının dörd iclası haqqında olduğundan, biz Xariçi İşlәr Nazirlәri Şurasının iclasını hәlә noyabrın 30-dәk, Sizin iclasınızdan əvvə, sentyabrın 5-dә Moskvada Hökumәt Başçıları Şurasının iclasını isə sentyabrın 14-də Aşqabadda keçirməyi təklif edirik. Bu təklifi Hökumәt Başçıları Şurasının hazırkı sәdri Yermoşin irәli sürmüşdür. Biz Aşqabadda prezident Türkmәnbaşı ilә görüşәrkәn bu tәklif bәyәnildi. Biz onun razılığını aldıq.

Heydәr Әliyev: Bizim etirazımız yoxdur.

Yuri Yarov: Sağ olun. Mәsәlәlәrin birinci blokuna aid bütün gündәliklәr açıqlanmış, materiallar nәzәrdәn keçirilmişdir. Mәsәlәlәrin sonrakı blokunda annotasiya tәklif edirik. Birinci olaraq gündәliklәrin planları - Dövlәt Başçıları Şurası iclasının gündәliyi, sonra Hökumәt Başçıları Şurası iclasının gündәliyi, bunun ardınca isә Xariçi İşlәr Nazirlәri Şurası iclasının gündәliyi gәlir. Sonrakı qovluqdakı annotasiya mәsәlәnin tarixinә aiddir: sәnәdi kim tәqdim etmiş, o, hansı mәrhәlәlәrdәn keçmişdir, hazırda hansı vәziyyәtdәdir. Çünki yadınızdadır, sәnәdlәrin әksәriyyәti әvvәl dövlәtlәrin ekspertlәri, sonra xarici işlәr nazirlәri, yaxud İqtisad Şurası tәrәfindәn mütlәq nәzәrdәn keçirilir, bundan sonra dövlәt başçılarına tәqdim edilir. Belәliklә, hәr şey - nәyin harada, nә vaxt edilәcәyi vә dövlәt başçıları, hökumәt başçıları, Xarici İşlәr Nazirlәri Şuraları iclaslarının gündәliklәrindәki hәr bir mәsәlәnin hansı vәziyyәtdә olduğu annotasiyada göstәrilmişdir. Yәni hәr bölmә üzrә üç yardımçı sәnәd var.

Bu tәklif etdiklәrimizdәn başqa, ötәn dәfә Sizin bizә dediyiniz kimi, qeydlәrin tәhlili olan qovluğu da veririk. Hәrәyә öz dövlәtinin mövqeyi yaxşı mәlumdur vә müxtәlif sәnәdlәrdә digәr dövlәtlәrin mövqelәrini dә öyrәnmәk olar.

Asan olmaq üçün biz bütün bu metodiki işi görmüşük vә gündәliyin hәr bir mәsәlәsi barәdә qısa annotasiya veririk, yәni, dövlәt başçılarına mәruzә edirik. Gündәliyә cәmi 10 mәsәlә daxildir. Onlardan 4 mәsәlә müzakirә üçün hazırdır vә onların barәsindә qeydlәr yoxdur. Bir mәsәlәni - fәxri döş nişanı haqqında mәsәlәni vә iclasın keçirilmәsi müddәti vә yeri barәdә mәsәlәni Sizinlә razılaşdırmaq lazımdır. Bir mәsәlәyә 4 yazılı informasiya daxildir, yәni, onlara baxılmamışdır. Biz әvvәlki qәrarların yerinә yetirilmәsinә aid bütün mәsәlәlәr barәsindә Sizin qarşınızda hesabat veririk, bundan sonra birliyin 2005-ci ilәdәk inkişaf etdirilmәsinә dair planın yerinә yetirilmәsi barәdә yazılı mәlumat verilir, onun ardınca cinayәtkarlıqla mübarizәyә dair 2003-cü ilәdәk plan gәlir vә Antiterror Mәrkәzi haqqında qәrarın necә yerinә yetirildiyi barәdә mәlumat olacaqdır.

Bu tәhlildәn vә cәdvәldәn göründüyü kimi, әgәr dövlәtlәr indiki mәrhәlәdә hәr hansı tәkliflәr irәli sürmüşlәrsә, onlar cәdvәlin birinci sütununda qeyd edilir.

İkinçi sütunda dövlәtin tәklifi verilir. Üçüncü sütunda sәnәddә necә әks oluna bilәçәyi göstәrilir. Nәhayәt, biz hüquq Departamentinin mövqeyini әks etdirmişik. Bu mövqenin birliyin qәbul edilmiş sәnәdlәrinә vә ya beynәlxalq sәnәdlәrә zidd olub olmadığı bizim üçün vacibdir. Belәliklә, biz burada bütün gündәliyi, annotasiyanı - mәsәlәnin haradan olduğunu vә keçdiyini, onunla bağlı işin gedişindә nə kimi təkiflər verildiyini görürük. Dövlət rəhbərinin öz dövləti ? prezidentin mövqeyi göstәrilir. Yәni Heydər Əliyeviç hər bir məsələdə öz dövlәtinin mövqeyini, Azәrbaycanın nә kimi fikir söylәdiyini vә nә tәklif etdiyini görür.

Belәliklә, siz dövlәtlәrin bütün 10 mәsәlә üzrә mövqeyinә aid nә varsa, hamısını görürsünüz. Sonda Sizin üçün qeyd veririk ki, 5 mәsәlә barәsindә iradlar yoxdur, ikinci mәsәlә barәsindә irad var, bir mәsәlә ilә әlaqәdar, görünür, ekspert müşavirәsi keçirilәcәk, bir mәsәlә barәsindә yazılı informasiya tәqdim edilir vә bir mәsәlә әlavә olaraq razılaşdırılmalıdır - bu, növbәti iclasın tarixi ilә bağlı olan mәsәlәdir. Әgәr başqa dövlәtlәrin mövqelәri maraqlandırırsa, biz bunu cәdvәllәrdә tapa bilәrik.

Belәliklә, biz Sizinlә bu materiallar әsasında gündәliyә vә nәinki öz dövlәtinin, elәcә dә hәr hansı digәr dövlәtin mövqelәrinә aid istәnilәn suala cavab verә bilәrik.

Bundan sonra Sizin qәrarınızın necә yerinә yetirildiyi barәdә yazılı şәkildә mәlumat verilir. Ötәn gündәliyin hәr bir bәndi ilә әlaqәdar nә kimi işlәr görüldüyü vә nәyin hansı vәziyyәtdә olduğu barәdә Sizә mәruzә edirik. Daha bir qovluq var. Buradakı sәnәdlәrdә biz hökumәtinizin başçısına onların qәrarlarının necә yerinә yetirildiyi vә xarici işlәr nazirinә Xarici İşlәr Nazirlәri Şurasının sonuncu iclasının qәrarlarının necә yerinә yetirildiyi barәdә mәlumat veririk.

Bilirik ki, Müstәqil Dövlәtlәr Birliyinin 10 ili tamam olmuşdur. Ona görә dә bu mövqelәri әsas tuturuq ki, indi Dövlәt Başçıları Şurasının ilkin gündәliyini hazırlamaq lazım deyildir. Bizim hәlә yarım il vaxtımız var, hәyat özü göstәrәcәkdir.

Heydәr Әliyev: On il 1992-ci ildәn hesablanır?

Yuri Yarov: 1991-ci ildәn.

Heydәr Әliyev: 1991-ci ildә Sovet İttifaqı süqut etdi.

Yuri Yarov: Siz dekabrın 21-dә Almatıda sәnәd imzaladınız.

Heydәr Әliyev: O vaxt mәn orada deyildim.

Yuri Yarov: Mәn dә orada deyildim, lakin 11 dövlәt sәnәd imzaladı, sonra isә Gürcüstan da onlara qoşuldu.

Heydәr Әliyev: Onda Azәrbaycan imzalamadı. Azәrbaycan MDB-yә 1994-cü ildә qәbul olundu. Әvvәl Azәrbaycan iştirak etmirdi.

Yuri Yarov: Hәr halda, MDB-nin yaranma tarixi sәnәdin imzalandığı gündәn hesablanır. Biz hesab edirdik ki, bu, başlıca mәsәlә olaraq qalacaqdır, digәr mәsәlәlәr isә hәlә olacaqdır. Biz onları bilirik. Prezidentlәrin gündәliyini tәrtib etmәyi bu dәfә etikadan kәnar bildik. Biz hazırlıq prosesindә Sizinlә mәslәhәtlәşәcәyik. Hökumәt başçılarına vә xarici işlәr nazirlәrinә gәldikdә isә, onların öz problemlәri vә vәzifәlәri var. Hәm dә onların gündәliklәri çox gәrgin olduğundan, bir iclasları keçirilməyәcәkdir. Biz bunu tәklif etdik, onlar da razılaşdılar. Biz bundan əvvәl 10 mәsәlәni qәti qәrar qәbul edilmәsi üçün İqtisadi Şuraya vermişdik vә hökumәt başçılarının gündәliyindәki daha iki məsәlәni dә İqtisadi Şuraya vermәyi tәklif edirik. Yәni, gündәliyi Yüngüllәşdirmәk, öz üzәrimizә daha böyük mәsuliyyәt götürmәk vә dövlət başçılarının müzakirәsinә yalnız әn mүhүm mәsәlәlәri vermәk istәyirik.

Sizə məlumat vermək istərdim ki, Belarus prezidenti Aleksandr Lukaşenko təklif irəli sürmüşdür ki,0 Müstәqil Dövlәtlәr Birliyinin 10 illiyi ilә әlaqәdar Minskdә elmi-praktik konfrans keçirmәyi tәklif etmişdir. Yadınızdadırsa, qapalı iclaslardan birindә Moldovanın sabiq prezidenti Pyotr Luçinski dә bu tәklifi irәli sürmüşdü. Lukaşenko bu konfransı avqust-sentyabrda Minskdә keçirmәyi tәklif etmişdir. Tәklifi iki dövlәt Rusiya vә Tacikistan dәstәklәmişdir. Qazaxıstan bildirib ki, bәli, keçirmәk lazımdır, amma Almatıda. Özbәkistan demişdi ki, bu tarix onlara әl vermir. Qırğızıstan demişdi ki, çox güman, Almatını dәstәklәyәcәkdir. Qalan dövlәtlәr cavab vermәdilәr vә indi biz deyә bilmәrik ki, әn çox hansı qәrara meyl edirik. Tәәssüf ki, bu mәsәlә barәsindә Sizә mәlumat verә bilmirik.

Biz Sizin arzunuzu yadda saxlayaraq, "Azad ticarәt zonası yaradılmasının gedişi haqqında" bütöv bir qovluq vermişik. Qovluqda azad ticarәt rejimi barәdә arayış, iqtisadi icmal vә iqtisadi zonanın necә fәaliyyәt göstәrdiyi barәdә mәlumat var. Biz bu blokda Statistika Komitәlәrinin 2001-ci il haqqında mәlumatlarını vermişik, sosial-iqtisadi inkişafı, dәyişikliklәrin dinamikasını göstәrmişik. Burada ümumi xarakteristika vә ayrıca Azәrbaycan haqqında mәlumat var. Mәmnunluqla demәk olar ki, Azәrbaycan dövlәtdaxili proseduru 21 saziş üzrә başa çatdırmış, o cümlәdәn axırıncı görüşümüzdәn sonra daha iki sәnәd üzrә prosedur yerinә yetirilmişdir.

Yәni, bu gün mövcud olan irәlilәyiş burada göstәrilmişdir. Biz növbәti blokda Sizә 10 ildә sәnәdlәrin ratifikasiyasının necә keçdiyini göstәrdik. Biz bunu cәdvәldә göstәrmişik, dövlәtdaxili prosedurun yerinә yetirilmәsi yaşıl, cari ildә hәyata keçirilmiş prosedurlar göy, yerinә yetirilmәmiş prosedur sarı, qәrarın qәbul olunmasında dövlәtin iştirak etmәmәsi isә qırmızı rәnglә göstәrilmişdir. Burada hәr bir dövlәt barәsindә mәlumat verilmişdir. Bu, ratifikasiya barәsindәdir. Bütün bunlar isә 10 il әrzindәki iqtisadi xarakterli sәnәdlәrdir. Onlar ratifikasiya olunmağı deyil, dövlәtdaxili prosedurları tәlәb edәn sәnәdlәrdir. Axırıncı vәrәq dә eynilә bu cür tәhlili xarakter daşıyır. Biz daha bir cәdvәl hazırlamışıq, o, tәfsilata varmadan hәr bir dövlәt üzrә vәziyyәti görmәyә imkan verir. Qırmızı rәng o demәkdir ki, dövlәt iştirak etmir, yaşıl rәng yerinә yetirilmәni, göy rәng isә bu il görülmüş işlәri göstәrir. Buradan görmәk olar ki, bu il cәmi iki dövlәt hәlә irәlilәmәyibdir. Bunlar Türkmәnistan vә Özbәkistandır. Qalan bütün dövlәtlәr imzaladıqları sәnәdlәr üzәrindә kifayәt qәdәr ciddi işlәyirlәr. Sәnәd imzalanıbsa, sәmәrәləliyi yüksәltmәk üçün o, işlәmәyә başlamalıdır. Bu halda daha nә etmək lazımdır sualı vermәzlәr.

Bu, MDB üzrә İnkişaf proqramının hәyata keçirilmәsinә dair yazılı hesabatdır. Biz mәtn materialı vә hәr bir dövlәt üzrә ümumi daxili mәhsulun artımının tәhlilini vermişik. Mәmnunluqla deyә bilәrik ki, ötәn il birliyin bütün dövlәtlәrindә tam artım olmuşdur. Xatirinizdәdirsә, biz ötәn il Sizinlә danışmışdıq, bilirdik ki, Moldovada heç dә hәr şey yaxşı deyildir. İndi dәyişikliklәrin necә baş verdiyi dinamikadan görünür vә cari dövrdә qeydә alınmış tәdbirlәrә dair dәqiq cәdvәl verilmişdir. Bütün dövlәtlәrdә o vaxt tәsdiq etdiyimiz planlar üzrә nәyin necә hәrәkәt etdiyi barәdә tam aydınlıq var.

Sonrakı blokda cinayәtkarlıqla mübarizәyә dair bütün materiallar, 2003-cү ilәdәk tәsdiqlәnmiş proqram toplanmışdır. Bunun hәr bir dövlәt üzrә necә yerinә yetirildiyinә dair burada hesabat tәqdim edilmişdir. Burada da yazılı mәruzә, sonra isә hәr bәnd üzrә cәdvәl kәlir. Mәmnunluq hissilә, demәk lazımdır ki, qәrarların böyük əksәriyyәti yüksәk sәviyyәdә vә vaxtında yerinә yetirilir.

Siz bizә bәzi mәsәlәlәri İqtisadi Şura üzrә vә müddәtlәri dәyişdirmәk hüququ vermişdiniz. Ona görә dә biz axırınçı iclasda bir mәsəlәni gündәlikdәn çıxarmaq vә digәr mәsәlәnin müddәtini başqa vaxta keçirmәk üçün onlara qabaqçadan müraciәt etmişdik. Biz icazə aldıq, amma bu arayışda onu qeyd edəcəyik. Hansı mәsәlәlәrin başqa vaxta keçirilməsinin, gündәlikdәn çıxarılmasını xahiş etmişdik - mәruzәdә bunların hamısı әksini tapmışdır.

Bundan sonra biz materiallar blokunu nәzәrdәn keçiririk. Burada on illik haqqında kitab üzәrindә işin necә getdiyi, neçә dövlәtin nә qәdәr sifariş verdiyi, bu kitab üzәrindә dövlәtlәrdәn kimlәrin işlәdiyi barәdә mәlumat verilmişdir. Biz Müstәqil Dövlәtlәr Birliyinin 10 illiyi ilә әlaqәdar tәklif edilәn suveniri göstәrmişik. Bu materiallar axırıncı iclasda İqtisadi Şura tәrәfindәn nәzәrdәn keçirilmiş vә bәyәnilmişdir.

Bundan sonra biz hәmin suveniri sifariş etdik. Gördüyünüz kimi, bu, prezidentlәr, hökumәt başçıları, xarici işlәr nazirlәri üçün stolüstü nişandır. Görünür, sayını artırmaq lazım gәlәcәkdir. Çünki prezidentlәrin tәrkibindә dәyişiklik olacağını bilmirdik. Güman ki, Moldovanın keçmiş prezidentinә dә, yeni prezidentinә dә tәqdim etmәk lazımdır.

Biz maliyyәlәşdirmә vәzifәlәrinin yerinә yetirilmәsinin vәziyyәti haqqında danışdıq vә bir daha tәkrar edirәm ki, cari aylarda MDB ölkәlәrindә dinamikanın necә getdiyini göstәrәn bu yeni planı vermişik. Doğrudur, biz burada hәlәlik yanvar-fevral aylarını qeyd etmişik.

Heydәr Әliyev: Bәs maliyyәlәşdirmә mәsәlәsi nә yerdәdir?

Yuri Yarov: Prezidentlәrә bu sualları vermirik, bu, bizә aid olan mәsәlәlәrdir. Biz baş nazirlә razılığa gәldik, onun dәstәyini aldım. Tәşәkkür edirәm.

Heydәr Әliyev: Yuri Fyodoroviç, sağ olun. Әvvәldә dedim ki, ötәn görüşlәrdәn mәndә elә tәsәvvür yaranmışdır ki, hazırda İcraiyyә Komitәsi keçәn vaxtlara nisbәtәn xeyli yaxşı işlәyir. Mәn 1994-cü ildәn MDB-nin iclaslarında iştirak etmişәm. Müxtәlif adamlar olubdur. Gәlin, keçmişdәn danışmayaq. Hәr halda, indiyәdәk heç vaxt belә dәqiqlik, belә dürüstlük, belә tәhlil olmayıbdır, sәnәdlәr belә hazırlanmayıbdır. Bu gün tәqdim etdiyiniz material çox maraqlı materialdır. O, tәkcә hәr hansı mәsәlәlәrin qarşıdakı zirvә görüşündә hәlli üçün deyil, elәcә dә MDB-dә baş verәn bütün hadisәlәrlә tanış olmaq, öz işini başqalarının işi ilә tutuşdurmaq vә tәbii ki, müvafiq nәticәlәr çıxarmaq üçün gәrәkdir. Odur ki, sәnәdlәrә görә vә çox müfәssәl mәlumata görә sizә olduqca minnәtdaram. Mәn bütün müddәtlәrlә razıyam, bizim heç bir problemimiz yoxdur. İclasın harada - Aşqabadda, yoxsa Almatıda olacağını isә özünüz hәll edin.

Yuri Yarov: Bunu hökumәt başçıları etmәlidirlәr.

Heydәr Әliyev: Әgәr onlar razılığa gәlmәsәlәr, onda biz hәll edәrik.