Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 11 sentyabr 1996-cı il


Hörmətli Milli Məclis, hörmətli deputatlar!

Rəsul Quliyevin elan etdiyi müraciətlə əlaqədar bir neçə söz demək istəyirəm.

Rəsul Quliyev 1995-ci ilin aprel ayında ilk dəfə mənə özünün xəstələnməsi haqqında məlumat vermişdir. Son aylarda xəstəliyinin ciddiləşməsi və bununla əlaqədar uzunmüddətli müalicə olunması barəsində də mənə məlumat vermişdir və müraciət etmişdir. Bütün bunların nəticəsində də o, bu gün Milli Məclisin Sədri vəzifəsindən istefa verməyi haqqında ərizə ilə müraciət edir.

Bu münasibətlə onu bildirmək istəyirəm ki, Rəsul Ouliyev 1993-cü ilin iyun ayından Azərbaycanda gedən ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlətçiliyinin qorunması və ictimai-siyası vəziyyətin sabitləşdirilməsi üçün apanlan tədbirlərdə fəal iştirak etmişdir, Milli Məclisin Sədri kimi dövlətin apardığı siyasətdə, hazırladığı və həyata keçirdiyi tədbirlərdə iştirakı olmuşdur. Azərbaycanda qanunvericilik işlərinin təşkil olunması və yaranmasında da çox işlər görmüşdür.

Beləliklə, Rəsul Quliyev bu müddətdə Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasında və Azərbaycanda, bizim daxilimizdə Azərbaycanın sabitliyini pozan qüvvələrin qarşısının alınmasında xidmətlər göstərmişdir. Bu xidmətlərə görə mən Rəsul Quliyevə - o, vəzifəsindən istefa edərkən təşəkkürümü bildirirəm, ona cansağlığı arzu edirəm, tezliklə müalicə olunub sağalmasını arzu edırəm və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıram.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış